Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 82,52 dollara satılır.
Ötən gün 82,53 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 82,37 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09.04-də bağlanış vaxtı ilə müqayisədə 0,7 faiz artaraq 82,52 dollara çatıb. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 78,44 dollara satılıb.
Qiymətlərin qalxmasına ABŞ-dan gələn güclü iqtisadi siqnallar səbəb olub və bu, dünyanın ən böyük neft istehlakçı ölkəsində tələbin güclü qalacağına dair gözləntiləri artırıb.
ABŞ Ticarət Nazirliyinin dünən verdiyi açıqlamada, ölkənin aprel-iyun dövrünə aid Ümumi Daxili Məhsulun (ÜDM) ilkin məlumatlarının yüzdə 2,8 artım göstərdiyi ifadə edildi.
Gözləniləndən çox böyüyən ABŞ iqtisadiyyatının sözügedən dövrdə yüzdə 2 böyüməsi təxmin edilirdi.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxın gələcəkdə siyasət faiz dərəcəsini azaltmağa başlayacağı ilə bağlı proqnozlar bazarlara təsirini davam etdirir.