Britaniyada yerləşən enerji şirkəti bp ikinci rüb mənfəətini açıqlayıb. Şirkətin mənfəəti gözləntiləri üstələyib və 3 milyard dollara yaxınlaşıb. Şirkət həmçinin son rübdə səhmləri geri alacağını bildirib.
Enerji şirkəti BP-nin ilin ikinci rübü üzrə açıqladığı maliyyə nəticələrinə əsasən, BP-nin ötən ilin ikinci rübündə 2,58 milyard dollar olan mənfəəti bu ilin birinci rübündə 6,5 faiz artıb. Şirkətin mənfəəti ilin birinci rübü ilə müqayisədə 1,1 faiz artıb.
Beləliklə, şirkətin mənfəəti bu ilin ikinci rübündə bazarın 2,6 milyard dollarlıq gözləntisinin üstündən 2,75 milyard dollara çatıb.
Səhmləri geri alacaq
Şirkət həmçinin ilin son rübündə 1,75 milyard dollar dəyərində səhmləri geri alacağını açıqlayıb.
BP-nin mənfəətinin artmasına aşağı vergilər və güclü yanacaq marjaları, xüsusən də qaz marketinqi və ticarəti səbəb olub.