USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“S&P” Azərbaycanın iqtisadi artım proqnozunu azaldıb

02.08.2024 İqtisadiyyat
0 0
“S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyi Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb.

Agentliyin hesabatında Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım perspektivlərinin əksər region ölkələrindən zəif olduğu bildirilib.

S&P analitikləri qeyd ediblər ki, iqtisadi artıma təzyiq əsasən neft hasilatının uzunmüddətli tədricən azalması ilə əlaqədardır. “2024-2025-ci illərdə real ÜDM artımını hər il təxminən 1,5% səviyyəsində proqnozlaşdırırıq” – reytinq agentliyindən bildirilib.

Maraqlıdır ki, bundan əvvəl 2024-cü ilin iyun ayında S&P Azərbaycan real ÜDM-in artımı ilə bağlı proqnozunu 1,5%-dən 2,5%-ə qədər artırdığını açıqlamışdı.