USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 62 əcnəbi saxlanılıb

25.07.2018 İqtisadiyyat
0 0
Dövlət Miqrasiya Xidmətinin (DMX) iyulun 23-24-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı ümumilikdə 62 əcnəbi saxlanılıb. Onlardan 16-sı Gürcüstan, 14-ü Pakistan, 11-i Türkmənistan, 7-si Rusiya, 2-si Suriya, 2-si İraq, 2-si Özbəkistan, 2-si Türkiyə, 1-i Efiopiya, 1-i Sudan, 1-i Misir, 1-i Çin, 1-i Ukrayna və 1-i Latviya vətəndaşıdır.

DMX-dən "Kommersant"a bildiriblər ki, araşdırma zamanı həmin əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.
Saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının (səyyar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub. İki nəfər Pakistan və bir nəfər Suriya vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 48 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyənləşdirilib.
Saxlanılmış əcnəbilərdən 39 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər əcnəbilərin ölkəmizin hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

  • Əvvəlki

    Azərbaycanda altı ay ərzində 306 nəfər İİV infeksiyasına yoluxub

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0