ABŞ iqtisadiyyatının pisləşdiyi narahatlığı ilə FED-in iclas tarixindən əvvəl faizləri azaltmaq üçün bir addım ata biləcəyinə qiymət verilməyə başlanıb.
ABŞ-dan gələn məlumatlar artımla bağlı narahatlıqlara səbəb olduğu üçün qlobal birjalarda zəlzələ yaşanır. Bazarlar bir həftə ərzində ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsinin 25 baz bənd endirilməsi ehtimalını 60 faiz olaraq qiymətləndirir.
Yüksək inflyasiya riski ilə bağlı narahatlıqlar demək olar ki, tamamilə yox olub və tənəzzüllə bağlı narahatlıqlarla əvəzlənib. İnvestorlar artıq bir həftə ərzində fövqəladə iclasda 25 baz bənd faiz endirimi ehtimalını 60 faiz olaraq görürlər.
Digər tərəfdən, Avropa Mərkəzi Bankının gələn ay 50 baz bəndlik faiz endirimi ehtimalı bazarlarda yüzdə 60 olaraq dəyərləndirilir.
FED daha əvvəl böhran dövrlərində növbədənkənar iclaslar keçirərək faiz dərəcələrinin azaldılması qərarları vermişdi.
COVID pandemiyasının iqtisadiyyata mənfi təsirləri səbəbindən FED 2020-ci ilin mart ayında keçirilən növbədənkənar iclasında uçot dərəcəsini 0-0,25 faiz aralığına endirib.