USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Josep Borrell: Yaxın Şərqdəki gərginlik bölgəni müharibə həddinə çatdırır

06.08.2024 İqtisadiyyat
0 0
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bəyan edib ki, Yaxın Şərqdə davam edən gərginliyin artması regionu “ölçüsü naməlum olan müharibənin astanasına” gətirib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell X hesabında Yaxın Şərqdəki son hadisələri paylaşıb.

Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyini bildirən Borrell, bu vəziyyətin bölgəni "ölçüsü bilinməyən bir müharibənin astanasına" gətirdiyi barədə xəbərdarlıq edib:

"Biz hamımız yeni fəlakətin qarşısını almalıyıq. Qarşıdakı yol əsasən kompromisdən asılıdır", - deyə Borrell bildirib.

Bunun baş verməsi üçün Qəzzada dərhal atəşkəsin yaradılması lazım olduğunu qeyd edən Borrell, gərginliyin azaldılmasına mane olan hər kəsin məsuliyyət daşıyacağını vurğulayıb.

İsrailin Livanın paytaxtı Beyrutda Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Fuad Şükürə hava zərbəsi endirməsi və HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bölgədə gərginlik artıb.

Haniyənin öldürülməsinə görə İsraili məsuliyyət daşıyan İran və Livan Hizbullahından Tel-Əvivə qarşı qisas təhdidləri var idi.