USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Morqan Uelsin ilk qadın baş naziri olur

06.08.2024 İqtisadiyyat
0 0
Eluned Morqan parlamentdə keçirilən səsvermədə Uelsin “ilk qadın baş naziri” seçilib.

Uels Regional Baş Naziri Vaughan Gething-in istefasından sonra parlamentdə keçirilən səsvermədə Eluned Morqan "Uelsin ilk qadın Baş Naziri" seçildi.

Keçən ay Uels İşçi Partiyasının yeni lideri olan və 2021-ci ilin mayından Səhiyyə Naziri vəzifəsində çalışan Morqan Uels Parlamentində (Senedd) 28 millət vəkilinin səsini alıb.

Beləliklə, İngiltərə kralı III Çarlzın təsdiqindən sonra "Uelsin ilk qadın Baş Naziri" olan Eluned Morqan rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Səsvermədən sonra verdiyi açıqlamada Morqan, "Bu gün Uelsin ilk qadın Baş Naziri olaraq qarşınızda dayanmaq mənim həyatımın ən böyük şərəfidir" deyib.

Yeni Baş nazir Morqan liderlik rolunu öz üzərinə götürdüyü zaman sələfinin nailiyyətlərinə hörmətlə yanaşacağını və bu mirasa öz töhfələrini əlavə edəcəyini vəd etdi.