USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tesla təhlükəsizlik problemlərinə görə 1,6 milyondan çox avtomobili geri çağıracaq

06.08.2024 İqtisadiyyat
0 0
Tesla təhlükəsizlik problemlərinə görə Çində 1,6 milyondan çox avtomobili geri çağıracaq.

Amerikalı avtomobil istehsalçısı Tesla təhlükəsizlik problemlərinə görə Çində 1,6 milyondan çox avtomobili geri çağıracaq. RİA Novosti bu barədə ÇXR Dövlət Bazara Nəzarət və Tənzimləmə Administrasiyasına istinadən yazır.

Geri çağırılma həm idxal olunan, həm də 15 oktyabr 2020-ci il və 17 iyul 2024-cü il tarixləri arasında istehsal edilmiş Çin istehsalı olan avtomobillərə təsir edəcək. Söhbət 1 683 627 Model S, Model X, Model 3 və Model Y elektrik avtomobillərindən gedir.

Bu nəqliyyat vasitələrində, ön baqajın kilidi açıldıqda, sistem baqajın kilidinin açıldığını tanımaya bilər. Belə ki, tənzimləyici qeyd edib ki, avtomobil hərəkət edərkən qapaq açılaraq sürücünün baxışını maneə törədə bilər ki, bu da qəza riskini əhəmiyyətli dərəcədə artıracaq və təhlükəsizlik təhlükəsi yaradacaq. Departament qeyd edib ki, geri çağırış çərçivəsində Tesla avtomobil sistemində bütün lazımi dəyişiklikləri məsafədən edəcək.