USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ neftin qiyməti ilə bağlı proqnozunu yenidən nəzərdən keçirib

07.08.2024 İqtisadiyyat
0 0
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib.

EIA-nın “Avqust 2024 Qısamüddətli Enerji Görünüşü Hesabatı”na görə, son dövrlərdə azalmaya baxmayaraq, qlobal neft ehtiyatlarının azalması səbəbindən bu ilin ikinci yarısında neft qiymətlərinin artacağı gözlənilir.

Qlobal neft ehtiyatlarının ilin birinci yarısında gündə təxminən 400 min barel, ikinci yarısında isə təxminən 800 min barel azalacağı təxmin edilir.

Məlumata görə, ehtiyatların azalması qismən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi hasilat ölkələrindən ibarət OPEC+ qrupunun hasilatın azaldılması ilə bağlıdır.

Müvafiq olaraq, bu il Brent markalı neftin orta barel qiymətinin 84,44 dollar olacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 86,37 dollar olaraq qiymətləndirilmişdi.

West Texas Intermediate (WTI) xam neftinin orta barel qiymətinin 80,21 dollar civarında olacağı gözlənilir. Sözügedən rəqəm keçən ay 82,03 dollar olaraq hesablanıb.