USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

08.08.2024 İqtisadiyyat
0 0
Bu ilin avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,5 % artaraq 780,5 minə çatıb.

Kommersant.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı 49,9 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 209,1 min olub ki, bu da ilin əvvəlinə nisbətən müvafiq olaraq 9,2 % və 2,2 % çoxdur.