Azərbaycanda qiymətli metallar bazarında qiymətlər artıb.
"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, iyulun 25-də qızılın qiyməti çərşənbə axşamındakı göstərici ilə müqayisədə 9,3415 manat artaraq 1 troy unsiyası üçün 2081,905 manat təşkil edib.
Gümüş 0,1892 manat artaraq 1 unsiya üçün 26,2956 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 8,755 manat artaraq 1417,545, palladiumun qiyməti isə 8,415 manat azalaraq 1554,497 manata çatıb.