Cari ildə Azərbaycan Kolumbiyaya 8 min nar ağacı tingi ixrac edib.
"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov mətbuat konfransında deyib.
İ.Cümşüdov bildirib: "Kolumbiyada həmin tinglər Azərbaycan texnologiyası üzrə əkilib".
Xidmət rəhbəri daha sonra əlavə edib: "Azərbaycanda bitkiçilik sahəsində maddi-texniki baza ümumilikdə yaxşılaşır".