USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Fitch Solutions” gələn il üçün neftin qiyməti üzrə proqnozunu açıqlayıb

12.08.2024 İqtisadiyyat
0 0
“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkəti 2024-2028-ci illər üzrə “Brent” markalı etalon neftin bir barel üçün orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.

Bu barədə “Fitch Solutions” şirkətinin hesabatında bildirilib.

Proqnoza əsasən, 2024-cü il üzrə “Brent” markalı neftin orta qiyməti 85 ABŞ dolları (proqnoz dəyişməyib), 2025-ci ildə isə 82 dollar (öncəki proqnoz – 84 dollar) təşkil edəcək.

Bundan başqa şirkət 2026-2028-ci illərdə “Brent”in orta qiymətinin 81 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır.

Qeyd edək ki, “Fitch Solutions”un hesablamalarına əsasən, 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82,18 dollar təşkil edib.