USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fitch-in İsraillə bağlı qərarı: Kredit reytinqini aşağı saldı

13.08.2024 İqtisadiyyat
0 0
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings, Qəzzada davam edən müharibə səbəbindən İsrailin kredit reytinqini "A+"dan "A"-a endirib.

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings tərəfindən edilən açıqlamada İsrailin kredit reytinqinin "A+"dan "A"-a endirildiyi, proqnozun isə mənfi olduğu bildirilib.

Bəyanatda reytinqin endirilməsinin Qəzzada müharibənin davam etməsi, geosiyasi risklərin artması və hərbi əməliyyatların bir çox cəbhədə təsirini əks etdirdiyi ifadə edilərək, İsrailin dövlət maliyyəsinə zərbə vurulduğuna diqqət çəkilib.

Bəyanatda bu il İsrailin ümumi daxili məhsulunun (ÜDM) 7,8 faizi həcmində büdcə kəsiri olacağı və borcun orta müddətli dövrdə ÜDM-in 70 faizinin üzərində qalacağı gözlənilir.

Açıqlamada geosiyasi risklərin də ölkənin mənfi reytinq proqnozunu dəstəklədiyi, Qəzzada qarşıdurmanın 2025-ci ilə qədər davam edə biləcəyi və digər cəbhələrə yayılma risklərinin olduğu vurğulanıb.

  • Əvvəlki

    X-nin icazəsiz məlumatlardan istifadə etməsi 9 AB üzv dövlətində bildirilib

Digər xəbərlər

20.09.2024 İqtisadiyyat
Bakının “Azparkinq” dərdi - MÜSAHİBƏ
0 0
20.09.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0