USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank bu şirkətə xəbərdarlıq edib

13.08.2024 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edib.

Kommersant.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı kompleks yoxlama zamanı qiymətli kağızlar bazarı haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri ilə bağlı bir sıra pozuntular qeydə alınıb.

Pozuntuların aradan qaldırılması ilə əlaqədar “Capital Partners"ə icrası məcburi göstəriş verilib.

  • Əvvəlki

    Yelo Bank-dan gözlənilən yenilik: onlayn əmanət!

Digər xəbərlər