USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ümumi daxili məhsul istehsalı artıb

13.08.2024 İqtisadiyyat
0 0
2024-cü ilin yanvar-iyul aylarında ölkədə 70544,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Kommersant.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.

ÜDM istehsalının 38,4 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 6921,4 manata bərabər olub.