USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kral Çarlz əskinasları rekord qiymətə satılıb

13.08.2024 İqtisadiyyat
0 0
İngiltərə Bankı daha aşağı seriya nömrələri olan Kral Çarlz əskinaslarını hərraca çıxarıb. Hərraclardan əldə edilən rekord gəlir - 1,17 milyon dollar müxtəlif xeyriyyə təşkilatlarına köçürülüb.

İngiltərə Bankı (BoE) daha aşağı seriya nömrələri olan King Charles III əskinaslarını hərraca çıxarıb. Bankdan verilən açıqlamada ümumilikdə 1,17 milyon dollar gəlir əldə edildiyi bildirilib.

BoE-dən verilən açıqlamada 50 funt sterlinqlik əskinasın rekord qiymətə 26 min lirəyə satıldığı qeyd edilib. HB01 00002 seriya nömrəsi olan 10 funt sterlinqlik tək əskinas 17 000 funta satılıb.

Yay ərzində 5, 10, 20 və 50 funt-sterlinqlik əskinaslar üçün dörd hərrac keçirilib. Bu hərraclardan əldə edilən gəlirlər müxtəlif xeyriyyə təşkilatlarına köçürülüb.