USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ-dən Ukraynaya 4,2 milyard avro dəstək

13.08.2024 İqtisadiyyat
0 0
Avropa İttifaqı (Aİ) Ukraynaya 4,2 milyard avro maliyyə dəstəyi göndərib.

AB Komissiyası Ukraynaya 2027-ci ilə qədər veriləcək 50 milyard avroluq maliyyə dəstəyi paketi çərçivəsində ilk müntəzəm ödənişin bu gün edildiyini açıqlayıb.

Açıqlamada Ukraynaya 4,2 milyard avro göndərildiyi, AB-nin maliyyə yardımı fondu çərçivəsində indiyədək Ukrayna hökumətinə ümumilikdə 12 milyard avro maliyyə yardımının edildiyi qeyd edilib.

Ukraynanın fonddan faydalanmaq üçün maliyyə idarəçiliyi, dövlət müəssisələri, biznes mühiti və enerji kimi sahələrdə kriteriyalara cavab verdiyini xatırladan bəyanatda Aİ tərəfindən yaradılan Ukrayna Fondunun ölkəyə 50 milyard sabit maliyyə təmin edəcəyi bildirilib.