USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qiymətlər artmağa başlayır – illik inflyasiya 2.7%-ə yüksəlib

13.08.2024 İqtisadiyyat
0 0
2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 2,7 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilir.

Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,3 faiz artım təşkil edib.

2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 faiz təşkil edib.

2024-cü ilin iyul ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz artım, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0.3 faiz azalma təşkil edib.

  • Əvvəlki

    Instagram səssizliyini pozdu: Hesablarla bağlı tədbirlər görməyə davam edəcəyik

Digər xəbərlər

20.09.2024 İqtisadiyyat
Almaniyada ev qiymətləri artıb
0 0
20.09.2024 İqtisadiyyat
Bakının “Azparkinq” dərdi - MÜSAHİBƏ
0 0