USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avrozona iqtisadiyyatı ikinci rübdə 0,3 faiz artıb

14.08.2024 İqtisadiyyat
0 0
Avrozona iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb.

Məlumatlara görə, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2024-cü ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,3 faiz artıb. Avrozonada ÜDM ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artıb.

Bazar gözləntiləri Avrozonada ÜDM-in rüblük olaraq 0,3 faiz, illik bazda isə 0,6 faiz artacağı idi. Elan edilmiş məlumatların bazar gözləntiləri ilə eyni səviyyədə gəlməsi diqqət çəkdi. Aİ-də mövsümi təsirlərdən təmizlənmiş ÜDM ilin ikinci rübündə rüblük bazda 0,3 faiz, illik bazda isə 0,8 faiz artıb.

Almaniyada ÜDM əvvəlki rüblə müqayisədə ikinci rübdə yüzdə 0,1 azaldığı halda, Fransada yüzdə 0,3, İtaliyada yüzdə 0,2, İspaniyada yüzdə 0,8 artıb. Almaniyada ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə ikinci rübdə 0,1 faiz azalarkən, Fransada 1,1 faiz, İtaliyada 0,9 faiz, İspaniyada isə 2,9 faiz artıb.

Avrozonada məşğulluq ikinci rübdə birinci rüblə müqayisədə 0,2 faiz, keçən ilin ikinci rübü ilə müqayisədə isə 0,8 faiz artıb. Aİ-də məşğulluq ikinci rübdə əvvəlki rüblə müqayisədə yüzdə 0,2, keçən ilin eyni rübünə görə isə yüzdə 0,7 artıb.