USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DSK: Ölkədə əhalinin gəlirləri 5.3 faiz, qiymətlər isə 2.7 faiz artıb

14.08.2024 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası əhalisinin hər nəfərinə düşən nominal gəlirlər 2024-cü ilin yanvar-iyul ayları ərzində 4 625 manat olub.

Kommersant.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da illik müqayisədə adambaşına düşən gəlirlərin 5.3 faiz artımı deməkdir. Qeyd edək ki, Azərbaycanda orta illik inflyasiya iyulda 1 faiz, illik inflyasiya isə 2.7 faiz təşkil edib.

Əhalinin nominal gəlirləri illik müqayisədə 5.8% artaraq 47 milyard 138.9 milyon manata yüksəlib.

2024-cü il 01 iyul vəziyyətinə görə, əhalinin sayı 10 milyon 200 min nəfər olub. Əhali ilin ilk 7 ayında 32 milyard 263.8 milyon manat pərakəndə ticarət edib ki, bu da illik 3.4 faiz artım deməkdir.

  • Əvvəlki

    Çevik və təhlükəsiz xaricə köçürmələr, indi həm də komissiyasız!

Digər xəbərlər