USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Fitch Solutions” Azərbaycanda inflyasiya üzrə proqnozunu açıqlayıb

15.08.2024 İqtisadiyyat
0 0
Azərbaycanda inflyasiya 2024-cü ildə Mərkəzi Bankın (4±2%) hədəf diapazonuna yaxın olaraq qalacaq.

Bu barədə “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətindən bildirilib.

FS bu il üzrə ölkədə orta illik inflyasiyanı 2,5%, 2025-ci il üzrə isə 3,5% proqnozlaşdırdığını açıqlayıb.

“Fitch Solutions” analitikləri qeyd ediblər ki, orta illik inflyasiya bu ilin ilk dörd ayında 1,2%-ə enib. Azərbaycanın enerji ixracatçısı olması qlobal neft qiymətlərindəki dəyişikliklərin daxili yanacaq qiymətlərinə təsirini neytrallaşdırır. Bununla belə, qlobal inflyasiyadakı dəyişikliklər idxal kanalı vasitəsilə daxili iqtisadiyyata təsir edə bilər.