USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Büdcə proqnozlarına əsasən..." - "Üzən məzənnə"yə keçid yaxınlaşırmı?

15.08.2024 İqtisadiyyat
0 0
“Yaxın gələcəkdə manatın “üzən məzənnə”yə keçəcəyini gözləmirəm. Qarşıdakı bir neçə ayda belə bir ehtimal yoxdur. Növbəti mərhələdə nə baş verəcəyini bu ilin sonunun büdcə proqnozlarına əsasən demək olar. Hələ ki enerji gəlirlərinin dəyişəcəyinə və növbəti il üçün büdcə proqnozlarına aid məlumat yoxdur”.

Bu fikirləri ekspert Xalid Kərimli deyib. O, Mərkəzi Bankın məcbur olmadığı halda indiki siyasəti davam etdirəcəyini hesab edir:

“Bunun mümkün olmadığı hallar ola bilər. Ölkənin ixrac gəlirlərinin kəskin azalması, idxalın yüksəlməsi və bu vəziyyətin uzun müddət davam edəcəyinə dair gözləntilər vəziyyəti dəyişə bilər və manatın məzənnəsinə təsir edə bilər. Amma hazırda enerji resursları çoxdur, ixrac gəlirləri yüksəkdir, tədiyyə balansında profisit var, ona görə də düşünmürəm ki, Azərbaycanda yaxın vaxtlarda ”üzən məzənnə”yə keçilsin”.

Qeyd edək ki, bu gün milli valyutanın dövriyyəyə buraxılmasından 32 il keçir. Prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə milli pul vahidinin yaradılmasının əsası qoyulub. Hazırda Azərbaycan manatı Mərkəzi Bankın qərarı ilə inzibati yolla stabil saxlanılır. Bu gün üçün manatın məzənnəsi 1,700AZN/USD təşkil edir.

  • Əvvəlki

    Ermənistan Rusiyaya yeni səfir - TƏYİN ETDİ

Digər xəbərlər