USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərişıq” ASC-nin tabeliyində yeni idarə yaradılıb

26.07.2018 İqtisadiyyat
0 0
Nazirlər Kabineti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

Dəyişikliklər "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) ilə bağlıdır.

Dəyişikliyə əsasən Sabirabad və Saatlı rayon elektrik şəbəkələri Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (İmişli), Şirvan, Hacıqabul, Salyan, Neftçala rayon elektrik şəbəkələri Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (Şirvan) tərkibindən çıxarılıb.

Qərara əsasən Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) yaradılıb və Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri bu idarənin tərkibinə verilib.

  • Əvvəlki

    Birinci-beşinci kateqoriya dövlət orqanlarında vakant rəhbər vəzifələrə tələblər dəyişib

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0