USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İyul ayında Böyük Britaniyanın pərakəndə satışları artıb

16.08.2024 İqtisadiyyat
0 0
Böyük Britaniyada pərakəndə satışlar iyun ayında zəif performansdan sonra iyul ayında artıb.

Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, pərakəndə satışlar iyulda iyun ayı ilə müqayisədə 0,5%, illik bazda isə 1,4% artıb.

İqtisadçılar pərakəndə satışların aylıq 0,7% və illik 1,4% artacağını gözləyirdilər.

ONS yayda idman tədbirləri və mövsümi endirimlərin univermaqlar və idman mağazalarında satışın artmasına kömək etdiyini bildirib.

Pərakəndə satış məlumatlarından sonra sterlinq ABŞ dolları qarşısında 1,2883-ə yüksələrək 29 iyuldan bəri görülən ən yüksək səviyyədir.