USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da neft qazma qurğularının sayı 483-ə düşüb

17.08.2024 İqtisadiyyat
0 0
Neft-mədən xidmətləri şirkəti Baker Hughes-un həftəlik məlumatları dərc olunub. Sözügedən məlumatlara görə, ABŞ-da neft qazma qurğularının sayı 9-16 avqust həftəsində əvvəlki həftə ilə müqayisədə 2 ədəd azalaraq 483-ə düşüb.

Ötən il ABŞ-da neft qazma qurğularının sayı 37 ədəd azalıb.

Cümə axşamı 80,96 dollardan bağlanan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 79,94 dollardan bağlanıb. West Texas Intermediate (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 76,65 dollar səviyyəsində bağlanıb. WTI markalı xam neftin bir barreli cümə axşamı 78,16 dollarla başa çatıb.