USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

X-in Braziliyadakı ofisi bağlanıb

19.08.2024 İqtisadiyyat
0 0
Sosial media platforması X, Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraesin "senzura əmri" səbəbindən şənbə günündən etibarən Braziliyadakı ofislərini bağlamaq qərarına gəldi.

2024-cü ilin ilk günlərində Moraes X-dan Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun hakimiyyəti dövründə yalan xəbərlər yaymaqda ittiham olunan bəzi hesablar haqqında şəxsi məlumat verməsini və bəzi hesabların bloklanmasını istəyib. O, xəbərdarlıq edib ki, əgər bu edilməsə, X-in Braziliyadakı ofisindəki işçilər “həbs oluna bilər”.

X şirkətinin CEO-su Elon Musk, əvvəllər bloklanmış hesabların yenidən aktivləşdiriləcəyini açıqladıqdan sonra Moraesin Musk haqqında araşdırma başlatdığı öyrənilib.

Hakimin hərəkətlərinə cavab olaraq X Braziliyadakı işçilərini qovduğunu və oradakı fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.

Bundan əlavə, Braziliya xalqına xidmətin davam edəcəyi bildirilərkən, əməliyyatların dayandırıldığı bir mühitdə bunun necə ediləcəyi ilə bağlı heç bir cavab verilməyib.