USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşə şirkət təyyarəsi ilə gedəcək

22.08.2024 İqtisadiyyat
0 0
Starbucks yeni CEO Nikkola yaşadığı şəhərlə təxminən 1600 kilometr uzaqlıqdakı qərargah arasında səyahət üçün şirkət təyyarəsindən istifadə etməyi təklif edərkən, ekoloqlar vəziyyətə etiraz etdilər.

İki rüb ərzində gəlirlərinin azaldığını bildirən qəhvə şəbəkəsi Starbucks-ın prezidenti və Baş İcraçı Direktoru (CEO) vəzifəsinə təyin edilən Brayan Nikkol, evindən evdən evə gedəcəyi açıqlandıqdan sonra tənqid hədəfinə çevrilib.

The Guardian xəbər verir ki, Starbucks-ın iş təklifi məktubunda bildirilirdi ki, Kaliforniyada yaşayan Nikkol evdən işləməyə davam edə bilər, eyni zamanda vəzifədə olduğu müddətdə Vaşinqton əyalətindəki qərargahına da gəlməlidir.

Məktubda qeyd edilirdi ki, Nikkol şirkətin təyyarəsindən yaşadığı şəhərdən təxminən 1600 kilometr uzaqlıqdakı qərargahına səfərlər üçün istifadə etmək hüququna malik olacaq.

Nikkolun 1600 kilometr məsafədə şəxsi təyyarədən istifadə edəcəyi məlum olduqdan sonra Starbucks və onun yeni baş direktoru ekoloqlar tərəfindən tənqid olundu.

Sosial media istifadəçiləri Starbucks-ın ətraf mühitə dəyən zərəri azaltmaq üçün plastik əvəzinə kağız çöplərdən istifadə etməyə başladığına diqqət çəkərək, Nikkolun şəxsi təyyarə istifadəsini “riyakarlıq” adlandırıblar.

  • Əvvəlki

    Çin Avropa pendiri ilə bağlı araşdırmaya başlayıb

Digər xəbərlər

19.09.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
19.09.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
19.09.2024 İqtisadiyyat
Bakının bu rayonlarında qaz olmayacaq
0 0