Azərbaycanda yeni siqaret istehsalçısı peyda ola bilər

26.07.2018
İqtisadiyyat
0
0
"Caspian Galaxy" şirkəti "Bakı", "Azəri", "Şirvan", "Freedom" və "Astra" markalarının Azərbaycanda siqaret markaları kimi qeydiyyatdan keçirib. Bu barədə Patent və Əmtəə Nişanları Mərkəzi bildirir.
Yuxarıda qeyd edilən markalar üzrə siqaretlər əvvəllər "European Tobacco-Baku" tərəfindən istehsal olunurdu.
Bu tütün məmulatlarını istehsal ediləcəyi yer hələ bilinmir. Keçən il "Caspian Galaxy" MMC "AFB Bank" da kredit xətti əldə edib. Şirkət qeyri-ərzaq mallarınının satışı ilə məşğul olur və ölkənin 9 bölgəsində satış nöqtələrinə malikdir.
"Caspian Galaxy" MMC 2011-ci ildə Vüqar Hüseynov tərəfindən təsis edilib. Şirkət böyük vergi ödəyicisi sayılır və Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentində uçotdadır.
Turan
Digər xəbərlər

13.03.2025
İqtisadiyyat
Biotrend və Freepoint Eco-Systems plastik tullantıların təkrar emalı üçün əməkdaşlıq edir
0
0

13.03.2025
İqtisadiyyat
Binance kriptovalyutaya 'ən böyük sərmayəni' təmin edir: 2 milyard dollar
0
0