USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple-dan daha bir artım: 100 faizə qədər artım

23.08.2024 İqtisadiyyat
0 0
Cupertiono mərkəzli texnologiya nəhəngi “Apple” Türkiyədə artan xərclər səbəbindən qiymətlərini artırıb. Telefon və kompüter qiymətlərinin ardınca şirkət bulud saxlama xidmətlərinin qiymətlərini də artırıb. Apple cihaz istifadəçilərinə bulud saxlama xidmətləri göstərən iCloud, 100 faizə qədər qiymət artımı əldə edib.

Apple hazırda 12.99 TL-dən satışa təqdim edilən 50 GB-lıq iCloud xidmətini və ən aşağı paketini sabahdan etibarən istifadəçilərə 25 lirəyə təqdim edəcək.

Bu paketdən başqa, ən çox seçilən 200 GB iCloud xidməti də 100 faiz artırılaraq 39,99 TL-dən 79,99 TL-yə yüksəldilib.

Bundan əlavə, premium paketlərə daxil olan 2 TB iCloud xidməti 129,99 TL-dən 249,99 TL-yə yüksəlib.

Apple iCloud qiymətlərində son vəziyyət
iCloud+ 50 GB: 24,99 TL
iCloud+ 200 GB: 79,99 TL
iCloud+ 2TB: 249,99 TL
iCloud+ 6 TB: 1,299,99 TL
iCloud+ 12 TB: 2.499,99 TL

Apple-ın əvvəlki iCloud paketi artımı ötən ilin iyununda edilmişdi və o zaman qiymətlər 100 faizə qədər artmışdı.

Türkiyədə mobil telefonlar və ya noutbuklar üçün Apple-a üstünlük verən istifadəçilər, daha çox iqtisadi səbəblərdən şirkətin təklif etdiyi az yaddaşa malik baza versiyalarına üstünlük verirlər.

  • Əvvəlki

    Şimali Koreya ABŞ-ın Cənubi Koreyaya hərbi texnika satmasına reaksiya verib

Digər xəbərlər

19.09.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
19.09.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
19.09.2024 İqtisadiyyat
Bakının bu rayonlarında qaz olmayacaq
0 0