USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan Pinterest-ə 7 milyon rubl cərimə

28.08.2024 İqtisadiyyat
0 0
Rusiyada məhkəmə sosial media platformalarından biri olan Pinterest-i 7 milyon rubl (təxminən 77 min dollar) cərimələyib.

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Agentliyinin (Roskomnadzor) Pinterest-ə qarşı qaldırdığı iddiaya paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məhkəmə ölkədə qadağan olunmuş məzmuna Pinterest vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 7 milyon rubl cərimələyib.

Bundan əvvəl Rusiyada analoji pozuntulara görə Telegram, YouTube, Twitch, Facebook, Instagram və Wikipedia-da müxtəlif cərimələr tətbiq edilib.