Dünyaca məşhur investor Uorren Baffet Bank of America-dakı səhmlərini satmaqda davam edir.
Warren Baffett əlavə olaraq 982 milyon dollar dəyərində səhm sataraq ABŞ-ın ikinci ən böyük bankı olan Bank of America-dakı payını azaltmağa davam etdi.
Buffetin şirkəti, Berkshire Hathaway, iyulun ortalarından bəri bir sıra satışlar vasitəsilə ümumilikdə səhmlərinin demək olar ki, 13 faizini azaldıb və 5,4 milyard dollar gəlir əldə edib. Berkshire ən son satışları qanuni bir sənədlə elan edərkən, 23, 26 və 27 avqustda edilən satışları da təfərrüatlandırdı.
Baffet 2011-ci ildə səhm qiyməti 5 dollara yaxın olanda almağa başladığı bu yüksək gəlirli investisiyanın azaldılmasının səbəbləri barədə susur. Bu il 31 faiz dəyər qazandıqdan sonra BofA səhmləri satış çılğınlığı səbəbindən 10 faiz ucuzlaşaraq 39,67 dollara düşüb.
Bu satış silsiləsi Baffetin Bank of America-nın baş direktoru Brayan Moynihanın rəhbərliyinə verdiyi uzunmüddətli dəstəyi geri götürdüyünü göstərir. 93 yaşlı investor ictimaiyyət qarşısında dəfələrlə Moynihanı tərifləmişdi.
Berkshire bankın ən böyük səhmdarı olaraq qalır. 903,8 milyon səhm çərşənbə axşamı bağlanış qiymətinə əsasən 35,9 milyard dollar dəyərindədir.