"Kommersant.az" xəbər verir ki, New York bazarının bağlanması ilə dünyanın ən məşhur sosial şəbəkəsi "Facebook" ilin ikinci rübünə aid hesabatını açıqlayıb.
Belə ki, şirkət, ilin ikinci yarısında gəlirinin 5,11 milyard dollara çataraq ötən ilin eyni ayı ilə müqayisədə 31,4% artım əldə etdiyini bildirib. Digər tərəfdən, "Facebook"un gəlirinin və istifadəçi sayının gözləntilərdən aşağı olması, üstəlik, New York bazarının bağlanması şirkət hissələrinin dəyərinin 8,9% düşməsinə səbəb olub. Bu isə "Facebook"un dəyərini 150 milyard dollar itirməsi deməkdir.