USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə heç vaxt F-35 döyüş təyyarəsi almayacaq

02.09.2024 İqtisadiyyat
0 0
“The National Interest” jurnalının yeni sayında Türkiyənin yenidən F-35 döyüş təyyarəsi proqramına daxil edilməsinin “heç vaxt baş verməyəcəyi” ilə bağlı təhlil xəbəri dərc edilib. Xəbərdə bunun səbəbləri kimi Rusiyadan alınan S-400 raketləri və Çin şirkətlərinin inşa etdiyi 5G infrastrukturu göstərilib.

ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun 1994-cü ildə Nikson Sülh və Azadlıq Mərkəzi adı ilə qurduğu beyin mərkəzinə aid olan “National Interest” jurnalı yeni sayında Türkiyənin F-35 döyüş təyyarəsi macərasını müzakirə edib. Xəbər təhlili olaraq dərc edilən məqalədə xüsusilə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini qəbul etməsi səbəbindən Türkiyənin F-35 proqramına yenidən qoşulma şansının olmadığı bildirilib. Xəbərlərdə diqqət çəkən başlıqlar belə olub:

S-400-lərin Ukraynaya verilməsi təklif edilib

Rusiya istehsalı olan S-400 Triumf hava hücumundan müdafiə sistemini qəbul etmə proqramından çıxarılan Türkiyənin F-35 Birgə Hücum Təyyarələri proqramına qayıtmaq üçün müxtəlif variantları araşdırdığı xəbərləri gəlməkdə davam edir. Vaşinqton və NATO liderləri xəbərdarlıq ediblər ki, bu iki sistem bir-birinə uyğun gəlmir və Lockheed Martin F-35 Lightning II-ni riskə atacaq.

  • Əvvəlki

    Fitch Rumıniyanın kredit reytinqini təsdiqləyir

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0