USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniya İsrailə silah ticarətini qismən dayandıracaq

02.09.2024 İqtisadiyyat
0 0
Böyük Britaniyanın xarici işlər naziri David Lammy ölkəsinin İsrailə bəzi silah satışını dayandıracağını açıqlayıb.

Nazir Lammi İngiltərə parlamentindəki çıxışında ölkəsinin İsrailə verdiyi silah ixracı lisenziyalarının bir hissəsini dayandıracağını açıqlayıb.

Lammy, qərarın "Böyük Britaniyanın silah ixracı lisenziyalarının beynəlxalq humanitar hüququn ciddi pozuntularını törətmək və ya asanlaşdırmaq üçün istifadə oluna biləcəyinə dair açıq bir risk" olduğunu müəyyən edən araşdırmadan sonra verildiyini söyləyib.

Nazir Lammy, 350 lisenziyadan təxminən 30-nun dayandırılacağını ifadə edərək, "Belə bir qarşıdurma qarşısında İngiltərənin ixrac lisenziyalarını nəzərdən keçirmək bu hökumətin qanuni vəzifəsidir. Bu, ümumi bir qadağa və ya silah embarqosu deyil. Bu, təqsirsizlik və ya günahkarlıq təsbiti deyil, gələcəyə hesablanmış bir qiymətləndirmədir. Səlahiyyətli məhkəmələr tərəfindən gələcək qərarlara xələl gətirmir" deyib.

Britaniya "İsrailin hərbi cinayətlərində şərik olmaq" üçün tənqid edilib

İsrailin 7 oktyabr 2023-cü il tarixindən Qəzzaya davamlı hücumları və müharibə cinayətləri törətdiyi xəbərdarlığına baxmayaraq, İngiltərənin bu ölkəyə silah satan şirkətlərə verdiyi ixrac lisenziyalarını ləğv etməməsi həm ictimaiyyətin, həm də beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olub.

  • Əvvəlki

    Braziliya məhkəməsi X qadağasını qüvvədə saxlayıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0