USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu qatarın hərəkət qrafiki dəyişir

11.09.2024 İqtisadiyyat
0 0
"Azərbaycan Dəmir Yolları "QSC (ADY) payız-qış mövsümünə keçidlə əlaqədar Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edir.

Kommersant.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Belə ki, sentyabrın 16-dan qatar Ağstafadan Bakıya saat 16:40-da (əvvəl 18:20-də) yola düşəcək və saat 21:47-də (əvvəl 23:27-də) paytaxta çatacaq.

"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",- məlumatda qeyd edilib.