"Kommersant.az" xəbər verir ki, ötən gün Trumpın AB ilə görüşdə təklif edəcəyini açıqladığı birgə əməkdaşlıq baş tutub.
Avropa Birliyi, ABŞ-ın ticari maneələri eyni anda, birlikdə aradan qaldırmaqla bağlı təklifini qəbul edib. Bu barədə Donald Trump jurnalistlərə açıqlamasında bildirib. Açıqlamaya əsasən, Avropa Birliyi və ABŞ sıfır vergi, sıfır maneə, sənaye məhsullarına sıfır subsidiya tətbiq etməklə ticari arenada yeni dövrə start verəcəklər.