USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2024-cü ilin 1-ci yarısında Azərbaycandan edilən pul köçürmələrinin həcmi artıb

12.09.2024 İqtisadiyyat
0 0
2024-cü ilin 1-ci yarısının yekunlarına görə, fiziki şəxslərin Azərbaycandan xarici ölkələrə etdikləri pul köçürmələrinin həcmi 259 milyon ABŞ dollar təşkil edib.

Kommersant.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistika departamentinin direktoru Samir Nəsirov media-brifinq zamanı deyib.

Onun sözlərinə görə, illik göstərici 1,9 faiz artıb.