USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İki şəxs Azərpoçtun rəhbərliyindən ayrılıb

12.09.2024 İqtisadiyyat
0 0
İki şəxs “Azərpoçt” MMC-nin İdarə Heyətindən ayrılıb.

Kommersant.az xəbər verir ki, bunlar Kazımov Sübhan Kazım oğlu və Süleymanov Nazim Süleyman oğludur.

Kazımov Sübhan Kazım oğlu 1966-cı ildə Ermənistan Respublikasında anadan olmuşdur. 1983-1990-cı illərdə Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun elektron hesablayıcı maşınları ixtisası üzrə bakalavr təhsili almışdır. 1991-2002-ci illərdə müxtəlif şirkətlərdə baş direktor, baş mexanik və şöbə rəisi kimi rəhbər vəzifələrdə çalışmışdır. 2002-ci ildən “Azərpoçt” MMC-də Texniki şöbənin rəisi, 2004-cü ildən isə “Azərpoçt” MMC-nin Baş direktorun müavini vəzifəsində çalışır. 4 dekabr, 2012-ci ildə RİTN-nin 300 saylı əmrinə əsasən “Rabitə Ustası” adına layiq görülmüşdür.

Süleymanov Nazim Süleyman oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda anadan olmuşdur. 1975-79 – cu illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə bakalavr təhsili almışdır. 1993-2006-cı illərdə bank sahəsində iqtisadçı və müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2006-2019-cu illərdə “Azərpoçt” MMC-də çalışmış, 2019-cu ildə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini təyin olunmuşdur. 2021-ci ildən “Azərpoçt” MMC-də Baş direktor müavini vəzifəsində çalışır. 27 dekabr 2012-ci ildə RİTN-nin 342 saylı əmrinə əsasən “Rabitə Ustası” adına layiq görülmüşdür.