USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanda I yarımildə büdcə gəlirləri 130%, xərcləri isə 78% icra edilib

12.09.2024 İqtisadiyyat
0 0
Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin gəlirləri 112,4 milyon manat, xərcləri isə 191,7 milyon manat təşkil edib.

Bu barədə Hesablama Palatasının yerli büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.

Sənədə əsasən, yanvar-iyun aylarında büdcə gəlirləri 130,4%, xərcləri isə 78,3% icra edilib.

Hesabat dövründə əksər mədaxil mənbələri üzrə faktiki icra məbləği təsdiq edilmiş proqnoz göstəricisindən çox olub, proqnozdan artıq icranın əsas mənbəyini yol vergisi, mənfəət vergisi və sair daxilolmalar təşkil edib.

Büdcə xərclərinin funskional təsnifatın bölmələri üzrə icra vəziyyətinin təhlili isə göstərir ki, bütün bölmələr üzrə icra edilmiş xərclərin məbləği dövr üçün proqnozlaşdırılmış göstəricilərdən aşağı olub.//report