USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Binance” kriptobirjası “Hamster Kombat”ın listinqini elan edib

13.09.2024 İqtisadiyyat
0 0
Dünyanın aparıcı kriptobirjası “Binance”, “Hamster Kombat” (HMSTR) tokeninin listinqini elan edib,

Kommersant.az bu barədə xarici mediaya istinadən xəbər verir. Rəsmi açıqlamaya görə, tokenin yerləşdirilməsi sentyabrın 26-na planlaşdırılıb.

Listinqə hazırlıq çərçivəsində “Binance” komandası istifadəçiləri “Hamster Kombat” ekosisteminə cəlb etməyə yönəlmiş bir sıra xüsusi fəaliyyətlər təqdim etməyi planlaşdırdıqlarını açıqlayıb. Xatırladaq ki, “Hamster Kombat” istifadəçilərin pul qazana biləcəyi kriptovalyuta oyunudur.

Oyun 2024-cü ilin mart ayında işə düşüb. Tərtibatçıların məlumatına görə, avqustun əvvəlinə 300 milyon insan layihədə qeydiyyatdan keçib. Yaradıcılar 1 milyarda qədər istifadəçi cəlb etməyi və bir-birinə bağlı oyunlar və xidmətlər ekosistemi qurmağı hədəfləyirlər.

“Binance”də “Hamster Kombat”ın elan edilməsi tokenin geniş birja istifadəçiləri auditoriyasına çıxış imkanı verəcək ki, bu da onun likvidliyinə və bazar dinamikasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.