USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avqust ayında ABŞ büdcəsi 380 milyard dollar kəsir verdi

13.09.2024 İqtisadiyyat
0 0
ABŞ Maliyyə Nazirliyi avqust ayı üçün büdcə balansı hesabatını dərc edib. ABŞ-da federal hökumətin büdcə kəsiri avqust ayında 380 milyard dollarla gözləntiləri üstələyib.

Buna görə, 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə sona çatacaq 2024 maliyyə ilinin avqust ayında federal hökumətin büdcə açığı 380 milyard dollar olaraq hesablandı.

Keçən ilin eyni ayında federal hökumətin büdcə profisiti 89 milyard dollar olub. Beləliklə, büdcə balansı ötən ilin eyni ayı ilə müqayisədə 469 milyard dollar azalıb. Bu dövrdə büdcə balansı ilə bağlı bazar gözləntisi büdcənin 286 milyard dollar kəsir verəcəyi idi.

Hökumətin gəlirləri avqust ayında keçən ilin eyni ayına nisbətən 8 faiz artaraq 307 milyard dollara, xərcləri isə 254 faiz artaraq 687 milyard dollara çatıb.

2024-cü maliyyə ilinin 11-ci ayı olan avqust ayı etibarilə ölkənin büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 24 artaraq 1 trilyon 897 milyard dollara çatıb. Söz mövzusu kəsir keçən ilin eyni dövründə 1 trilyon 525 milyard dollar səviyyəsində idi.

Maliyyə ilinin 11 ayında xərclər keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 14 artaraq 6 trilyon 288 milyard dollara, gəlirlər isə yüzdə 11 artaraq 4 trilyon 391 milyard dollara çatıb.

Digər tərəfdən, avqust ayı büdcə hesabatı ABŞ Maliyyə Nazirliyinin internet saytındakı texniki problemə görə dərc edilməli olduğu vaxtdan əvvəl açıqlanıb.

  • Əvvəlki

    Avropanın yeni sanksiya qərarlarına İranın cavabı gecikməyib

Digər xəbərlər

23.12.2024 İqtisadiyyat
Şifrələmə üsulları kifayət etməyəcək
0 0
23.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi bu gün də ucuzlaşdı
0 0