USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosunun iş rejimində dəyişiklik edilib

13.09.2024 İqtisadiyyat
0 0
“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. “Bakı Metropoliteni” QSC yarış təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.

Kommersant.az bu barədə quruma istinadən xəbər verir.

Qeyd edilir ki, avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metropoliteninin iş rejimi iki saat uzadılacaq.

"Şənbə və bazar günlərinə keçən gecələr metropolitenin bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək", - məlumatda bildirilib.

  • Əvvəlki

    Qızıl və gümüşün qiyməti artıb

Digər xəbərlər