USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tayvan Birjasına DDoS hücumu

13.09.2024 İqtisadiyyat
0 0
Tayvan Birjası rusiyayönlü hakerlərin DDoS hücumuna məruz qaldıqdan sonra qısa müddətə fəaliyyətini dayandırıb. Birja hücumun Tayvan prezidenti Uilyam Lainin Çinlə bağlı şərhlərinə cavab ola biləcəyi iddialarına baxmayaraq, xidmətlərin qısa müddətdə normala döndüyünü açıqladı.

Tayvan Birjası 12 sentyabr 2024-cü ildə Paylanmış Xidmətdən imtina (DDoS) hücumuna məruz qaldı. Hücumun Tayvan prezidenti Uilyam Lainin Çinə qarşı sərt açıqlamalarına cavab olaraq edildiyi iddia edilib. CNBC-nin Tayvan mediasına əsaslanaraq verdiyi xəbərə görə, bir çox xarici İP ünvanlardan gələn etibarsız sorğular birjanın internet saytını qısa müddətə sıradan çıxarıb.

Birja Tayvan vaxtı ilə saat 15.00-da başlayan hücumun xidmətlərdə müvəqqəti fasiləyə səbəb olduğunu, lakin saat 15.22-də hər şeyin normallaşdığını açıqlayıb. Qiymətli kağızlar bazarında və digər birja əməliyyatlarında heç bir fasilə olmadığı da bildirilib. Yerli media hücumun rusiyayönlü haker qrupunun Tayvan hökumətinə qarşı kiberhücumunun bir hissəsi olduğunu iddia edib.

Hücumun həmçinin Tayvan hökumətinə və müxtəlif maliyyə qurumlarına, xüsusən də hava limanlarına və vergi idarələrinə yönəldiyi bildirilib. Tayvanın informasiya təhlükəsizliyi şirkəti Radware hücumun prezident Uilyam Lainin Çin əleyhinə bəyanatlarına cavab olaraq təşkil edildiyini iddia edib. Lai Çinin Tayvana qarşı ərazi iddialarını tənqid edib və Rusiyanın işğal etdiyi Çin ərazisini geri almaq cəhdinin olmadığını vurğulayıb.

  • Əvvəlki

    Azərbaycanda devalvasiya gözlənilirmi? - TƏHLİL

Digər xəbərlər