USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlinin həcmini artırıb

13.09.2024 İqtisadiyyat
0 0
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi ilə neft nəqlinin həcmi ötən illə müqayisədə artıb.

Bunu CPC-nin baş direktoru Nikolay Qorban idarəetmə orqanlarının Almatıda keçirilən iclasında deyib.

O qeyd edib ki, bu ilin avqust ayının sonuna qədər 43,8 milyon ton xam neft ixrac edilib və Novorossiysk limanından 405 tanker yola salınıb. Ötən il bu göstəricilər müvafiq olaraq 42,7 milyon ton neft və 391 tanker təşkil edib.

İclasda səhmdarlar Xəzər Boru Kəməri Konsorsiumunun maliyyə fəaliyyətinə yekun vurublar.

Xatırladaq ki, CPC neft kəmərləri sistemi Xəzər dənizi hövzəsindən dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min kilometr olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir və burada neft CPC-nin dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya (“Transneft”), Qazaxıstan (“Kazmunaigas”) ölkələri, həmçinin “Chevron”, “Lukoil”, “ExxonMobil”, “Rosneft” və “Shell” şirkətləri var.

  • Əvvəlki

    Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 19%-ə qaldırıb

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0