USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aylıq kartların olması sərnişinə iqtisadi cəhətdən daha sərfəlidir - Ekspert

13.09.2024 İqtisadiyyat
0 0
İctimai nəqliyyatda gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var. Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasıma şərait yaradacaq.

Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər.

Bu təklifi millət vəkili Vüqar Bayramov irəli sürüb.

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ictimai nəqliyyatda aylıq kart dedikdə sərnişinlər üçün güzəştlərin olunması nəzərdə tutulur:
“Lakin belə bir güzəştlərin həyata keçirilməsi üçün öncə sərnişin daşımada, xüsusən də ictimai nəqliyyatda olan daşıyıcı şirkətlərlə dövlətin Brutto müqaviləsi olmalıdır ki, bu həyata keçirilə bilsin.
Aylıq kartların olması sərnişinə iqtisadi cəhətdən daha çox sərfəlidir. Biri var ki, bir gedişə görə ödəniş edilir, biri də var 1 ayın ödənişini bəribaşdan ödəmiş olursan. Bu zaman isə güzəştlər yarana bilir. Amma bunun üçün Brutto müqaviləsi əvvəlcədən həll edilməlidir. İctimai nəqliyyatlarda, avtobuslarda Bakı kartları ilə yanaşı debet və ya kredit kartları ilə də ödəməklə istifadə olunması məsələsi ilə də var. Bununla bağlı ciddi proseslər gedir, hazırlıqlar görülür, təkliflər verilir. Bunlar hər biri mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqsəd sərnişindaşınmada ictimai nəqliyyatın avtobus seqmentində, həmçinin digər seqmentlərdə də vətəndaşlar üçün əlçatanlığını artırmaqdır”.