USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bu rayonlarında qaz olmayacaq

19.09.2024 İqtisadiyyat
0 0
Binəqədi və Yasamal rayonlarının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan verilən məlumata görə, Binəqədi və Yasamal rayonları ərazisində aparılacaq təmir-bərpa işləri ilə bağlı 19.09.2024-cü il saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, 9-cu mikrorayonda A.Babaşov, M.Məmmədxanov, Z.Fərəcov, 22-ci dağlıq, O.Musabəyov, C.Xəndan, S.Məmmədov, Ü.Hacıbəyov, İ.Cümşüdov, İ.Həşimov küçələrində və MİDA yaşayış kompleksinin Naftalan klinikası, DİN-nin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.