USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank “İrşad”a yaxın BOKT-yə lisenziya verdi

19.09.2024 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 12. 09. 2024-ci il tarixli qərarı ilə “İrşad BOKT” MMC-yə lisenziya verilib.

“İrşad BOKT” MMC bir ildir təsis edilmişdi və onun Mərkəzi Bankdan bazarda iştirak lisenziyası əldə etmək üçün bir il gözləməli olub.

“İrşad BOKT”nin 1 milyon manat nizamnamə kapitalı var ki, bu tənzimləyicinin müəyyən etdiyi 300 min manatlıq normativi üstələyir.

Müşahidə Şurasının sədri İsmayılbəyli İsmayıl Malik oğlu, Müşahidə Şurasının üzvləri Daşdəmirov Ceyhun Rasim oğlu və Məhərrəmov Taleh Akif oğludur.

BOKT təkbaşına icra orqanı ilə idarə ediləcək və bu orqana Miqirov Zaur İlqar oğlu rəhbərlik edir.