ABŞ prezidenti Co Bayden ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı salmağa davam edəcəyini gözlədiyini bildirib.
Bayden Vaşinqton İqtisadi Klubundakı çıxışında FED-in faizləri azaltmağa başlamasının istehlakçılar üçün yaxşı xəbər olduğunu bildirib.
Bunun ev, avtomobil və daha çox məhsul almaq xərclərinin azalacağı anlamına gəldiyini ifadə edən Bayden, aşağı borclanma xərclərinin iqtisadi artımı dəstəkləyəcəyinə diqqət çəkdi.
FED-in sərtləşdirmə addımlarından sonra inflyasiyanın düşdüyünə diqqət çəkən Bayden, Bankın ölkənin böyüməsini təmin etmək üçün faizləri azaltmağa başladığını ifadə etdi.
ABŞ-da inflyasiyanın 9,1 faizə çatdığını xatırladan Bayden, hazırda 2 faizə yaxınlaşdığını açıqlayıb.
Bayden vurğuladı ki, bununla belə, bu, inflyasiya ilə mübarizənin bitdiyi demək deyil.