USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Ukraynaya 35 milyard avro kredit verəcək

20.09.2024 İqtisadiyyat
0 0
AB Komissiyasının sədri Ursula fon der Leyen, Rusiyanın dondurulmuş aktivlərinin geri qaytarılması ilə Ukraynaya 35 milyard avro kredit veriləcəyini açıqlayıb.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə səfəri zamanı sosial media platforması X hesabında paylaşım edib.

Rusiyanın Ukraynaya qarşı fasiləsiz hücumlarını davam etdirdiyini bildirən fon der Leyen, Ukraynanın AB dəstəyinə ehtiyacı olduğuna diqqət çəkib.

“Aİ Komissiyası Ukraynaya 35 milyard avroya qədər kredit verəcək”

Von der Leyen, AB-nin Ukraynanın dirçəlməsinə töhfə verəcəyinə diqqət çəkərək, "AB Komissiyası G7 öhdəliyi çərçivəsində Ukraynaya 35 milyard avroya qədər kredit verəcək" deyib.

G7 ölkələrinin liderləri iyun ayında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən girov kimi istifadə edərək, Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın 300 milyard dollara yaxın aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Aİ ölkələrinin payına düşür.

  • Əvvəlki

    "Hər səhər mətbuatla tanış oluram" - Prezident

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0